ABŞ federal hökuməti “Nvidia” şirkətinin baş direktoru Censen Huanqla bağlı araşdırma aparmır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Di Vens deyib.
“Bizə deyildi ki, onunla bağlı araşdırma aparılmır və açığını desək, bu ölkədə insanlar ictimai rəyə və ya "Nyu York Tayms” qəzetinin anonim mənbələrə istinadən verdiyi məlumata əsasən araşdırmaya məruz qalmır.
Düşünmürəm ki, insanlar “Nyu York Tayms” mənbələrinin ittiham etdiyi nələrəsə görə işlərini itirməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, “Nvidia” şirkətinin rəhbəri ABŞ xüsusi xidmət orqanlarının Çin kəşfiyyatının agenti hesab etdiyi qadınla romantik münasibətdə olmaqda şübhəli bilinib. KİV-in məlumatına görə, həmin qadın casusluq etmək və ABŞ-ın Çinə süni intellekt çiplərinin tədarükünə qoyduğu qadağaları aşmağa çalışmaq məqsədilə ələ alınıb. Huanq xəyanət etdiyini etiraf edərək əməkdaşlarından və ailəsindən üzr istəyib. Lakin qısa müddət sonra jurnalistlər Huаnqın daha bir münasibəti barədə məlumat yayıblar. Bu dəfə onun münasibətdə olduğu şəxsin “Nvidia”nın vitse-prezidenti və tabeliyində çalışan Kimberli Pauell olduğu iddia edilib.
Noyabrın 12-də Huanq 1993-cü ildə şirkət təsis ediləndən bəri tutduğu vəzifədən ayrılıb və direktorlar şurasını tərk edib.
Lakin iki həftə sonra Censen Huanq yenidən “Nvidia” şirkətinin prezidenti və baş icraçı direktoru vəzifəsinə təyin olunub.