Son xəbərlər

Sındırılan velosipedin əvəzinə 7 yaşlı qıza Demet Akalından hədiyyə - VİDEO

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda 7 yaşlı qızın velosipedini sındıran qadının hərəkəti ictimaiyyətin diqqətini çəkib. Müğənni Demet Akalın hadisədən xəbər tutaraq azyaşlıya yeni velosiped hədiyyə edib.

Sherg.az xəbər verir ki, hadisə noyabrın 21-də İzmitin Yeşilova məhəlləsində baş verib. Küçədə velosiped sürən qız avtomobilə toxunduqdan sonra sürücü maşından düşərək uşağa qışqırıb və ailəsini çağırmasını istəyib. Qorxan qız evə gedərək anasına xəbər verib. Bu zaman sürücünün anası olduğu bildirilən qadın uşağın velosipedini bir neçə dəfə yerə çırparaq sındırıb.

Hadisə ərazidəki obyektlərdən birinin təhlükəsizlik kamerasına düşüb. Görüntülərin yayılmasından sonra ana və oğul polisə çağırılaraq ifadələri alınıb, daha sonra sərbəst buraxılıblar. Tərəflərin bir-birindən şikayətçi olmadığı bildirilib.

Hadisəni mediadan öyrənən Demet Akalın qızın babası Nazmi Sağlamla əlaqə saxlayıb və ona yeni velosiped alacağını açıqlayıb. Müğənni sosial şəbəkədə paylaşdığı videoda uşağı tapdığını və velosiped almağa getdiklərini bildirib.

VİDEO