Bərdədə su çuxurundan qadın meyiti tapılıb.
Teleqraf xəbər verir ki, hadisə rayonun Saatlı kəndində qeydə alınıb.
Yevlax rayon sakini 1982-ci il təvəllüdlü Nigar Məmmədovanın su çuxurundan meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdları cəlb olunub.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başlanılıb.