Son xəbərlər

“Kainat gözəli” seçildi: Tarixdə ilk dəfə ana tac sahibi oldu

Puerto-Rikoda keçirilən “Miss Universe 2026” müsabiqəsinin qalibi ev sahibi ölkəni təmsil edən 27 yaşlı Cennifer Barreto olub. O, müsabiqə tarixində ana olan ilk “Kainat gözəli” kimi tarixə düşüb.

Sherg.az xəbər verir ki, psixoloq və sosial təminat üzrə mütəxəssis olan Barretonun Penelopa adlı bir qızı var. O, 3150 brilyantdan hazırlanmış “Əbədi irsin parıltısı” adlı tacı qəbul edib.

Müsabiqədə Dominikan Respublikasının təmsilçisi ikinci, Venesuela gözəli isə üçüncü yeri tutub. Yarışmada 117 ölkənin nümayəndəsi iştirak edib.

Qeyd edək ki, Türkiyə təmsilçisi Alara Eriç viza problemi səbəbindən bu il müsabiqəyə qatıla bilməyib.