Son xəbərlər

İran sərhədçiləri əfqanıstanlı ailəni güllələdi

İran sərhədçiləri Sistan və Bəlucistan əyalətinin Əfqanıstanla sərhəddə yerləşən Kəlləqan bölgəsində İrana keçmək istəyən əfqanıstanlı ailəni güllələyib.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində bir kişi, bir qadın və onların azyaşlı övladı həlak olub.

Onların hər üçünün başına atəş açılaraq öldürüldükləri bildirilib.