Türkiyənin Dövlət Şurası (Danıştay) Əkrəm İmamoğlunun ali təhsil diplomunun ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb.
Sherg.az xəbər verir ki, Danıştayın 8-ci İnzibati Kollegiyası İmamoğlunun şikayətini yekdilliklə rədd edərək İstanbul Regional İnzibati Məhkəməsinin qərarını təsdiqləyib.
Beləliklə, İstanbul Universitetinin 18 mart 2025-ci ildə İmamoğlunun diplomunu ləğv etməsi ilə bağlı qərar hüquqi baxımdan yekunlaşıb.