Son xəbərlər

“Susuz Yaz” serialının yayım tarixi açıqlandı: 1 dekabrda başlayır

Türkiyənin “Kanal D” telekanalında yayımlanacaq “Susuz Yaz” serialı dekabrın 1-də tamaşaçılara təqdim olunacaq.

Sherg.az xəbər verir ki, çəkilişləri Adanada davam edən ekran əsərinin ilk bölümü dekabrın 1-i, çərşənbə axşamı saat 20:00-da yayımlanacaq. 1970-ci illərin Adanasında baş verən hadisələri əks etdirən serial su və torpaq uğrunda mübarizəni, eləcə də iki qardaş arasındakı qarşıdurmanı ekranlaşdırır.

Sema Ergenekonun ssenarisi əsasında çəkilən serial Necati Cumalının eyniadlı əsərindən uyğunlaşdırılıb. Əsərin baş rollarını Mert Ramazan Demir, Lizge Cömert və Batuhan Bozkurt Yüzgüleç canlandırırlar.

Yusuf Pirhasan və Mehmet Can Bindalın rejissorluq etdiyi serial hər həftənin çərşənbə axşamı günü “Kanal D”də yayımlanacaq.