Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib

Tanınmış tarixçi alim, professor Aydın Balayevin “Azərbaycan türkləri: XIX–XX əsrlərdə milli kimliyin formalaşmasının əsas mərhələləri” əsərinin Azərbaycan dilinə tərcüməsi nəşr edilib.

APA xəbər verir ki, kitab Azərbaycan millətinin təşəkkülü, milli kimliyinin formalaşması və inkişafına həsr olunub.

Müəllif müasir Azərbaycan millətinin formalaşmasının yalnız obyektiv tarixi proseslərin deyil, həm də Azərbaycan ziyalılarının məqsədyönlü və fədakar fəaliyyətinin nəticəsi olduğunu göstərib.

Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül yolunu əhatə edən tədqiqat oxucuya Azərbaycan türklərinin keçmişini daha dərindən anlamaqla yanaşı, müasir milli kimliklərinin intellektual və ideoloji köklərini dərk etmək imkanı yaradır.

Qeyd edək ki, əsər 2022-ci ildə rus dilində nəşr olunub.