"Bembi"ni səsləndirən aktyor vəfat etdi

"Disney" studiyasının əfsanəvi "Bembi" cizgi filmində baş qəhrəmanı səsləndirən amerikalı aktyor Donni Danaqan ömrünün 93-cü ilində dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə "The Hollywood Reporter" yazıçı və kino tarixçisi Tom Uiverə istinadla məlumat yayıb.

Qeyd edək ki, aktyor uşaqlıqda Hollivudda bir neçə rola çəkilsə də, dünyada ona ən böyük şöhrəti 1942-ci ildə əfsanəvi cizgi filmindəki maral balası "Bembi" obrazını səsləndirməsi qazandırıb.