Niderlandın Amsterdam şəhərində 200 min insanın iştirakı ilə Qəzza zolağına dəstək aksiyası keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları Niderland hakimiyyətindən İsrailə qarşı iqtisadi sanksiyaları sərtləşdirməyi, silah tədarükünü dayandırmağı və diplomatik təzyiqi artırmağı tələb ediblər.
Aksiya zamanı polis 5 nəfəri saxlayıb.