Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirin Aliağa rayonundakı dəmir-polad zavodunda baş vermiş partlayışla bağlı prosesləri yaxından izləyir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğan 10 nəfərin həyatını itirdiyi, 4-ü ağır olmaqla 15 nəfərin yaralandığı qəzadan sonra Daxili İşlər naziri Mustafa Çiftçi və Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ilə danışıqlar aparıb.
O, hadisənin təfərrüatları, eləcə də ərazidə yürüdülən xilasetmə və fəsadların aradan qaldırılması işləri barədə ətraflı məlumat alıb.
Qeyd edək ki, hadisə Bozköy məhəlləsində fəaliyyət göstərən "HABAŞ Demir Çelik A.Ş." müəssisəsində saat 12:00 radələrində qeydə alınıb.