Mingəçevirdə bıçaqlanma oldu

Mingəçevir şəhərində bıçaqlanma olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 1999-cu il təvəllüdlü Elgün Rzayev bıçaqlanıb.

O, bıçaq xəsarəti ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, Elgün Rzayevi 1991-ci il təvəllüdlü Vüsal Kazımlı bıçaqlayıb.

Faktla bağlı araşdırma başlanılıb.