Günəşdə 8 saat ərzində 10 alışma qeydə alınıb

Bazar ertəsi gününün ilk səkkiz saatı ərzində Günəşdə 10 alışma baş verib.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Laboratoriyanın Telegram kanalında bildirilib ki, bazar günü Günəşdə 28, şənbə günü isə 29 alışma qeydə alınıb. Sonuncu göstərici XXI əsrin rekordu təkrarlayıb.

Alimlərin proqnozuna görə, qarşıdakı iki gün ərzində tac dəliyinin qalıq təsiri nəticəsində zəif geomaqnit təlatümləri müşahidə oluna bilər.

Bununla belə, yaxın günlərdə Günəşdə güclü alışmaların başlaması əsas risk olaraq qalır. Belə bir hal baş verərsə, həftənin ortası və ikinci yarısı üçün geomaqnit proqnoz xeyli pisləşə bilər.