Viktor Orbanın qardaşı saxlanıldı

Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar X hesabında yayıb.

Madyar bildirib ki, Aron Orban həbsdədir, hüquq-mühafizə orqanları isə araşdırmaları davam etdirir.

Qeyd edək, Viktor Orban kiçik qardaşı Aron Orbanın istintaq orqanları tərəfindən saxlanıldığını təsdiqləyib.