Əbu-Dabidə keçiriləcək danışıqlar ABŞ və Ukraynanın da iştirakı ilə üçtərəfli formatda baş tutacaq.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropanın Əbu-Dabidəki təmaslarda iştirak etmək planları ilə bağlı TASS-a açıqlamasında bildirib.
“Yaxın günlərdə Əbu-Dabidə baş tutacaq görüşlər ABŞ-ın vasitəçiliyi ilə Rusiya, Ukrayna və ABŞ olacaq. Avropalıların iştirakına gəlincə, bilirsiniz ki, amerikalılar və ukraynalıların avropalılarla öz ünsiyyət kanalları var. Görünür, onlar artıq öz koordinasiya mexanizmlərini formalaşdırırlar. Ancaq bir daha təkrar edirəm: söhbət Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlardan gedir”, - deyə o vurğulayıb.