Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu "X" sosial şəbəkə hesabında məlumat verib.
Nazir ağır xəsarət alan daha bir nəfərin vəfat etdiyini bildirib.