Dövlət Baxçalı Ferdi Tayfurun vəsiyyətini yerinə yetirdi

MHP sədri Dövlət Baxçalı yanvarın 2-də vəfat edən tanınmış sənətçi Ferdi Tayfurun vəsiyyətini həyata keçirib. Onun xatirəsini əbədiləşdirmək məqsədilə Adananın Pozantı rayonunda xatirə çinarı əkilib və ətrafında xüsusi xatirə guşəsi yaradılıb.

Sherg.az xəbər verir ki, MHP sədri Dövlət Baxçalının göstərişi ilə Ferdi Tayfurun adına yaradılan xatirə məkanı artıq hazırdır.

Pozantı bələdiyyəsinin sədri Ali Avan MHP lideri Dövlət Baxçalıya səfəri zamanı partiya sədri rayonda salınması planlaşdırılan xalq bağında Ferdi Tayfurun xatirəsinə çinar ağacı əkilməsini istəyib.

Bu göstərişdən sonra hərəkətə keçən Ali Avan sənətçinin adını yaşatmaq məqsədilə xatirə ağacının əkilməsi və ətraf ərazinin abadlaşdırılması işlərinə başlayıb.

Aparılan işlər nəticəsində çinar ağacı əkilib, ətrafında abadlıq və yaşıllaşdırma işləri tamamlanıb. Görülən işlərin başa çatması barədə Dövlət Baxçalıya məlumat verilib.

VİDEO