Hesablama Palatasının xərclərinə ayrılan vəsait artırılıb

2027-ci ilin dövlət büdcəsində Hesablama Palatasının xərclər smetası 14,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı ilin müvafiq göstəricisindən 23,3% çoxdur.

Sherg.az xəbər verir ki, bu barədə Hesabalama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin bugünkü iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, 2026-cı ildə ölkədə əməkhaqqı islahatı həyata keçirilib və bunun maliyyə təminatının formalaşdırılması üçün xərclər smetamızla yanaşı, müxtəlif istiqamətlərdən, o cümlədən bölüşdürülməmiş, yəni blok xərclərdən də vəsait ayrılıb:

"Növbəti il üçün Hesablama Palatasının xərclər smetasının 7,1%-ni malların, işlərin və xidmətlərin satın alınması təşkil edir".