Son xəbərlər

Qaradağda palçıq vulkan püskürüb

25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Püskürmə bir faza ilə xarakterizə olunub. Vulkan püskürməsinin davamlığı 15 dəqiqə davam edib. Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2km dərinlikdə qeydə alınıb.