Oyundan əvvəl də bildirmişdim ki, əlimizdən gələnin ən yaxşısını etməliyik və bu matçda meydanda maksimum gücümüzü ortaya qoymalıyıq. Qarşılaşmaya kifayət qədər yaxşı başladıq. İlk hissədə rəqibə boş zonalar verməməyə çalışırdıq.
Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində "Barselona" ilə matçı şərh edərkən deyib.
“Mən meydanın kənarında, oyuna ən yaxın məsafədə dayanan şəxsəm. Onların topu necə ötürdüklərini, necə hərəkət etdiklərini və topun hansı sürətlə irəlilədiyini görürdüm. Futbolçularımın meydanda nələr yaşadığını, boşluqları bağlamaq və rəqib oyunçuları qarşılamaq üçün nə qədər güc sərf etdiklərini təsəvvür edə bilirdim”, - o bildirib.
Qeyd edək ki, "Sabah" – "Barselona" matçı İspaniya təmsilçisinin 4-1 hesablı qələbəsi ilə başa çatıb.