Son xəbərlər

Azərbaycan XİN helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib”.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin başsağlığı məktubunda deyilir.

Məktubda deyilir: “Baş vermiş hadisə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və helikopterdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Hadisədən zərər çəkən hər kəsə və onların yaxınlarına bu çətin məqamda səbir və dözüm diləyirik”.