Son xəbərlər

Sabah 1500 abonentin qazı kəsiləcək

Sabah saat 14 radələrindən etibarən Cəlilabad şəhərində 1 500 abonentin mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, görüləcək işlər başa çatanadək şəhərin H.Əliyev prospekti, Z.Əliyeva, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, M.Ə.Sabir, Babək, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Ə.Abdullayev, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov və S.Vurğun küçələrində qaz təchizatı dayandırılacaq.