Qrip mövsümünün bu il daha tez başlaması uşaqlar arasında yoluxma hallarının artması ilə bağlı narahatlığı artırıb. Artıq qrip səbəbindən xəstəxanaya yerləşdirilən uşaqların olduğu bildirilir.
Sherg.az xəbər verir ki, Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis, doktor Şirin Seçkin qrip mövsümünün bu il erkən başladığını açıqlayıb. O, xəstəxanaya yerləşdirilən uşaq xəstələrinin olduğunu diqqətə çatdıraraq, valideynlərin bu dövrdə daha diqqətli davranmasının vacibliyini vurğulayıb.
Mütəxəssis uşaqları qripdən qorumağın yolları ilə bağlı tövsiyələrini də bölüşüb. Mövsümi qripin yayılmasının qarşısını almaq üçün valideynlərin profilaktik tədbirlərə diqqət yetirməsi, uşaqların sağlamlıq vəziyyətini izləməsi və xəstəlik əlamətləri müşahidə olunduqda vaxtında tibbi yardıma müraciət etməsi önəmlidir.