Son xəbərlər

Maka Boçorişvili: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası vacib məsələdir

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyasının vacibliyini vurğulayıb.

Sherg.az xəbər verir ki, bunu Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, sərhədin delimitasiyası və demarkasiyası çox vacib prosesdir:

“Bu məsələdə müəyyən qaydalara maksimum riayət edilməli və proses hökumətlərarası razılaşmalar əsasında davam etdirilməlidir”.