Son xəbərlər

Kuşner Trampı Zelenskiyə qarşı sərt mövqeyindən çəkindirməyə çalışır

ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner onun Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt ritorikasından vaz keçməsi üçün çalışdığını bildirib.

Sherg.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“New York Magazine” jurnalına danışan Kuşner Zelenskini anladığını, lakin Ukraynanın müharibənin başa çatdırılması ilə bağlı danışıqları ictimaiyyət qarşısında aparmasının əks nəticə verdiyini deyib.

O, mətbuata sızdırılan və maksimum tələbləri əks etdirən açıqlamaların tərəflərin real danışıqlar mövqelərinə və müzakirələrin nəticələrinə ciddi təsir göstərmədiyini vurğulayıb.

Kuşner Rusiya-Ukrayna müharibəsini mümkün olan bütün vasitələrlə başa çatdırmağa çalışdığını və Ukraynanın maraqlarına uyğun hərəkət etdiyini bildirib. Onun sözlərinə görə, Trampın Zelenskiyə qarşı sərt tənqidlərini dayandırması üçün də səy göstərir.

“Zelenskiyə anlatmağa çalışıram ki, müharibəni başa çatdıra və Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları əldə edə bilsə, ölkəsinin yenidən qurulmasına rəhbərlik edərək iqtisadiyyata diqqət yetirə bilər”, – deyə Kuşner qeyd edib.

O, sülh səylərində əsas qazancın yalnız atəşkəsin əldə olunması deyil, həm də Rusiya ilə Avropa arasındakı münasibətlərin yenidən formalaşdırılması olacağını bildirib. Kuşner tərəflərin dinc yanaşı yaşaya və iqtisadi əlaqələr qura biləcəyi mühitin mümkün olduğunu vurğulayıb.