Son xəbərlər

Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Rusiya səfiri Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb.

Bildirilib ki, səfir Pavel Kuznetsovun XİN-ə çağırılmasına səbəb noyabr 21-də Loviisa sahil şəhəri yaxınlığında Rusiya helikopterinin Finlandiya hava məkanını pozması iddiası olub.

Rusiya mətbuatı Finlandiya müdafiə naziri Antti Hakkanenin helikopterin peyda olması ilə xilasetmə əməliyyatı və ya Fin körfəzində hücuma məruz qalan Rusiya yük gəmisi Sparta II-nin müşahidəsi arasında əlaqə olduğunu istisna etmədiyini yazıb.