Son xəbərlər

Zəngəzur dəhlizi artıq xəyal deyil, reallığa çevrilir

Türkiyəli sosial şəbəkə istifadəçisi Özkan Aydın Ermənistan ərazisində TRIPP layihəsinin tikintisinə başlanıldığını iddia edib.

Sherg.az xəbər verir ki, Özkan Aydın bu barədə “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək köhnə dəmir yolu xətti üzərində TRIPP layihəsinin tikintisinə start verilib.

“Zəngəzur dəhlizi artıq xəyal deyil, reallığa çevrilir. Azərbaycan, bölgəmiz və Türk dünyası üçün xeyirli, uğurlu olsun!”- deyə o qeyd edib.