İranla müharibə altı körfəz ölkəsinə 2026-cı ildən 2030-cu ilin dekabr ayına qədər təxminən 790 milyard dollar iqtisadi itkiyə səbəb ola bilər. Bu, regionun ümumi daxili məhsulunun 5,9%-ni təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə "Allianz Research" beynəlxalq təşkilatı məlumat yayıb.
Körfəz Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman və Bəhreyn daxildir.