Son xəbərlər

İstanbulda qaçan aslanı axtarmağa şir kostyumunda gəldi - “Hadisə filmə çevrilib”

İstanbulun Sarıyer rayonunda qaçan dişi aslanın axtarışları davam edərkən əraziyə şir kostyumunda gələn Yusuf Yalçın diqqət çəkib.

Sherg.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Uskumruköy məhəlləsində aslanın görüldüyü barədə məlumatdan sonra jandarm, Milli Parklar İdarəsi, İstanbul Böyükşəhər Bələdiyyəsinin baytarlıq xidmətləri və bələdiyyə əməkdaşları axtarışları davam etdirir.

Ərazidə yaşayan Emre Özay hadisəni Şener Şenin filmlərindən birinə bənzədib. O bildirib ki, aslan hələ tapılmayıb və sakinlər də ehtiyac yaranarsa, axtarışlara kömək etməyə hazırdırlar.

Şir kostyumunda əraziyə gələn Yusuf Yalçın isə sosial şəbəkələr üçün məzmun hazırladığını və xəbəri eşidəndən sonra bu geyimdə axtarışlara qoşulmaq qərarına gəldiyini deyib. O, aslanın heç kimə zərər vermədən, sakitləşdirici iynə vasitəsilə tutulmasını arzuladığını bildirib.