ABŞ-də qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində yeddi saatdan çox vaxt keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Tass agentliyi məlumat yayıb.
Hava hərəkətinə nəzarət xidmətlərində məlumatlı mənbə agentliyə bildirib ki, ARTEMIS II kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində təxminən səkkiz saata yaxın vaxt keçirib, qərbdən şərqə və geriyə uçub.
Mənbə əlavə edib ki, təyyarə daimi yerləşdiyi və havaya qalxdığı Rumıniya istisna olmaqla, heç bir sahil ölkəsinin hava məkanına daxil olmayıb.