Son xəbərlər

Tramp: Huanqın "Nvidia"ya qaytarılması düzgün qərardır

"Nvidia"nın Direktorlar Şurası Censen Huanqı yenidən baş icraçı direktor vəzifəsinə qaytarmaqla düzgün və yerində qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəsində yazıb.

"Ölkəyə təkcə şirkətin deyil, həm də Amerika iqtisadiyyatının uğurunu və rifahını təmin etmək üçün Censenin "Nvidia"dakı rəhbərliyi lazımdır. ABŞ hökumətinin Censenin "Nvidia"ya qayıtmasının milli təhlükəsizliyə hər hansı risk yaratdığını düşünməsi üçün heç bir əsası yoxdur. ABŞ Baş prokuroru təsdiqləyib ki, onun hər hansı qanunsuz hərəkətə yol verdiyinə dair heç bir sübut yoxdur. Şəxsən tanıdığım Censen böyük bir vətənpərvər və milli sərvətdir, - deyə qeyd edib.