Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş parlament həmkarı, “Maariflənmiş Ermənistan” Partiyasının lideri Edmon Marukyanın iddiası üzrə məhkəmədə şahid qismində dindiriləcək.
Sherg.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, hakim Anna Şilacyan Marukyanın vəkili Hayk Arutyunyanın Paşinyanın məhkəməyə çağırılması ilə bağlı vəsatətini təmin edib. Baş nazirin Marukyana qarşı qaldırdığı təhqir və böhtan iddiasına baxılması çərçivəsində onun məhkəməyə çağırılması prokurora həvalə olunacaq.
Marukyan məhkəmədən sonra jurnalistlərə açıqlamasında vəsatətin təmin olunacağını gözləmədiyini, lakin bunun hüquqi əsaslarının olduğunu bildirib. O, Paşinyanın ünvanına səsləndirdiyi fikirlərin təhqir deyil, faktlara əsaslanan siyasi çıxış olduğunu deyib.
Marukyan iddianı söz azadlığını məhdudlaşdırmağa yönəlmiş siyasi təqib kimi qiymətləndirib.
Qeyd edək ki, Paşinyan 2026-cı ilin iyulunda Marukyanı və keçmiş deputat Sofiya Ovanesyanı məhkəməyə verib. Buna səbəb Marukyanın seçki məntəqələrində partiyasına verilən bəzi səslərin qeydə alınmadığı barədə açıqlamaları olub.