Pezeşkian hökumət daxilində fikir ayrılıqları ilə bağlı məlumatları təkzib edib

İran Prezidenti Məsud Pezeşkian hökumət daxilində fikir ayrılıqlarının olması ilə bağlı yayılan məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Pezeşkian bazar günü hökumət şurasının iclasında çıxışı zamanı hökumət daxilində fikir ayrılıqları barədə yayılan xəbərlərin tamamilə əsassız və qərəzli olduğunu bildirib.

“Biz, yəni hökumətin bütün üzvləri xalqa və ölkəyə birlikdə xidmət etməyə söz vermişik”, – deyə İran Prezidenti vurğulayıb.