“Barselona” iki top fərqini aradan qaldıraraq “Vilyarreal”ı məğlub etdi

İspaniya La Liqasının XIII turunda “Barselona” doğma meydanda “Vilyarreal”la qarşılaşıb.

Teleqraf xəbər verir ki, Kataloniya təmsilçisi ilk hissədə rəqibinin üstünlüyünə mane ola bilməyib. Qonaqlar fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar. Lakin ikinci hissədə oyunun gedişini dəyişən “Barselona” ardıcıl üç qol vuraraq əzmkar qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran kataloniyalılar La Liqanın turnir cədvəlinə başçılıq edirlər.