İlham Əliyev livanlı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev livanlı həmkarı Jozef Auna təbrik məktubu ünvanlayıb.

Sherg.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".