İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 01:25:53-də qeydə alınan yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.