Fransada bahalaşmaya qarşı etirazlarda 140-dan çox insan saxlanılıb

Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən kütləvi aksiyalarda 144 nəfər saxlanılıb.

Sherg.az xəbər verir ki, ölkə üzrə nümayişlərdə təxminən 83 min nəfər, o cümlədən Parisdə 21,5 min nəfər iştirak edib.

Etirazlara həmkarlar ittifaqları, tələbələr və “sarı jiletlilər” hərəkatının iştirakçıları qoşulub. Parisdə polis nümayişçiləri dağıtmaq üçün dəyənəklər, qalxanlar və gözyaşardıcı qazdan istifadə edib.

Etirazlar sentyabrın ortalarında başlayıb. Əvvəlcə məktəblərin vəziyyətinin yaxşılaşdırılmasını tələb edən yuxarı sinif şagirdləri aksiyalara çıxıb, daha sonra qiymət artımından narazı vətəndaşlar onlara qoşulub. Protestlər tədricən ölkənin digər bölgələrinə də yayılıb.