“Mançester Yunayted”dən ayrıla bilər

Amad Diallonun “Mançester Yunayted”dəki gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb. 

QOL.az xəbər verir ki, bu barədə “AfricaFoot” məlumat yayıb. Futbolçunun karyerasını başqa klubda davam etdirmək variantını nəzərdən keçirdiyi bildirilir.

24 yaşlı vinger daha çox oyun şansı qazanmaq və əsas heyət futbolçusu olmaq istəyir. Onun xidmətində “Aston Villa” və “Beşiktaş”ın maraqlı olduğu qeyd edilir. Digər klubların da Diallonun çıxışını izlədiyi bildirilir.

Diallo bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, ümumilikdə 514 dəqiqə meydanda olub.

Qeyd edək ki, futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 45 milyon avro qiymətləndirir.