Çinli gənc milyarder sərvətinin 90 faizini itirdi

  • 12,6 milyard dollardan 959 milyona düşdü

Süni intellekt sahəsində fəaliyyət göstərən şirkətin səhmlərinin kəskin ucuzlaşması nəticəsində çinli sahibkar Yan Juntsze milyarder statusunu itirib.

Sherg.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, 37 yaşlı Yan Juntsze 2026-cı ilin yanvarında “MiniMax” şirkətinin Honkonq birjasında səhmlərinin yerləşdirilməsindən sonra Çinin ən gənc milyarderi olub.

Onun sərvəti mart ayında 3,2 milyard dollardan 12,6 milyard dollara yüksəlib. Lakin noyabrın 20-nə olan məlumata görə, şirkətin səhmlərinin dəyərinin kəskin azalması nəticəsində sərvəti 959,5 milyon dollara qədər geriləyib.

“MiniMax”ın səhmlərinin ucuzlaşmasına investorların süni intellekt bazarının gələcəyi ilə bağlı narahatlıqlarının artması səbəb göstərilir. Bildirilir ki, bəzi investorlar kapitallarını “Anthropic” şirkətinə yönəldə bilərlər.