ABŞ-ın immiqrasiya məhkəməsi Rusiyada doğulmuş Andrey Peredviqinin ölkədən deportasiya edilməsi barədə qərar qəbul edib.
Sherg.az xəbər verir ki, bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Los-Anceles bölməsi məlumat yayıb.
Bildirilib ki, Rusiya vətəndaşı bu ilin iyul ayında saxlanılıb. O, qorunan kompüterdən məlumat əldə etməkdə ittiham olunub. Bu ittiham üzrə Peredviqini iki ilədək həbs cəzası gözləyirdi.
Hazırda o, ABŞ-dan deportasiya edilənədək həbsdə saxlanılacaq.