ABŞ müdafiə naziri Pit Heqsetin Kanada ilə ikitərəfli müdafiə münasibətlərinə yeni məhdudiyyətlər tətbiq etdiyi bildirilir. Sherg.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Heqset bu həftə yaydığı xidməti qeyddə iki ölkə arasındakı müdafiə əməkdaşlığına dair yeni məhdudiyyətlər müəyyənləşdirib. Mənbələr sənədin Kanada tərəfindən narazılıqla qarşılanacağını və ikitərəfli münasibətlərdə gərginliyi artıra biləcəyini bildiriblər.
Pentaqonun sözçüsü Şon Parnell isə açıqlamasında ABŞ-ın Kanada ilə əməkdaşlığının konkret müdafiə məqsədlərinə xidmət etməsi üçün addımlar atıldığını deyib. O, yeni qeydin müdafiə kəşfiyyatı məlumatlarının paylaşılmasına, NATO və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) çərçivəsində əməkdaşlığa təsir etməyəcəyini vurğulayıb.