Masallıda elektrik cərəyanı vuran kişi 6 gün sonra ölüb

Masallıda elektrik cərəyanı vuran kişi ölüb.

APA xəbər verir ki, noyabrın 15-də Fuad Kərimovu usta işlədiyi evdə elektrik cərəyanı vurub. O, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Noyabrın 19-da vəziyyəti ağırlaşan Fuad Kərimov rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.