Ermənistanın baş naziri Nikol Paşinyanın müxalifətə təzyiqləri və konstitusiya dəyişiklikləri təşəbbüsü hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər.
Sherg.az xəbər verir ki, bunu siyasi analitik Suren Sürənyants deyib.
Onun sözlərinə görə, müxalifət hakimiyyətin təzyiqinə boyun əyməməli və konstitusiya dəyişiklikləri üçün tələb olunan çatışmayan 6 deputat səsini verməməlidir. Sürənyants hesab edir ki, repressiv siyasət hakimiyyət üçün “bumeranq effekti” yaradacaq.