GTA VI oyununun satışı 2,3 milyard dollara çatdı

Ötən gün təqdim olunan GTA VI video-oyununun satış və öncədən sifarişlərinin ümumi həcmi təxminən 2,3 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “SensorTower” analitik şirkəti məlumat yayıb.

Bildirilib ki, indiyədək oyunun 24,5 milyondan çox nüsxəsi satılıb.

Şirkətin məlumatına görə, oyunçuların təxminən 75 faizi GTA VI-nın “PlayStation 5” konsolu üçün versiyasını əldə edib. Bu platforma üzrə 1,77 milyard dollar dəyərində 18,4 milyondan çox nüsxə satılıb. GTA VI-nın 6,15 milyon nüsxəsini alan “Xbox” istifadəçiləri isə oyunun istehsalçısı “Rockstar Games” şirkətinə təxminən 588 milyon dollar gəlir gətiriblər.

Qeyd edək ki, “Grand Theft Auto VI” oyununun təqdimatı noyabrın 19-da baş tutub. Rəylərin toplandığı “Metacritic” platformasında oyun tənqidçilər tərəfindən 100 mümkün baldan 99 balla qiymətləndirilib.