Rusiya: Bir sutkada 464 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Ukraynaya məxsus 464 pilotsuz uçuş aparatını məhv edib. Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik məlumatında bildirilib.

Nazirliyin açıqlamasına görə, pilotsuz uçuş aparatlarının hamısı hava hücumundan müdafiə bölmələri tərəfindən ələ keçirilib və vurulub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi noyabrın 20-si saat 20:00-dan noyabrın 21-i saat 08:00-dək ölkənin müxtəlif regionları üzərində 275 Ukrayna PUA-sının məhv edildiyini də açıqlayıb. Bu məlumatlar Rusiya tərəfinin açıqlamasına əsaslanır.