ABŞ Prezidenti Donald Tramp Ağ Ev Aparatının rəhbəri Stiven Millerin prezidentliyə namizədliyini irəli sürməsini təklif edib.
Axar.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə mətbuat konfransında deyib.
"Bizdə sensasion xəbər var: o, (Stiven Miller – red.) bu iki nəfərdən daha yaxşıdır!", - deyə Tramp vitse-prezident Ceyms Di Vens və dövlət katibi Marko Rubioya işarə edərək bildirib.
Daha sonra Amerika lideri Ağ Ev Aparatının rəhbərindən soruşub: "Prezidentliyə namizəd olmaq istəyirsinizmi?" Miller isə gülümsəyib, amma cavab verməyib.
Tramp həmçinin Milleri "dünyanın ən güclü adamı" adlandırıb.