İran ordusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərq hissəsində neft tankerinin dəniz minasına düşərək alışdığını bildirib.
Sherg.az xəbər verir ki, bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tanker xəbərdarlıqlara və hərəkət qaydalarına əməl etməyərək naviqasiya və identifikasiya sistemlərini söndürüb, boğazın şərq hissəsində qadağan olunmuş əraziyə daxil olub. Nəticədə gəmi dəniz minası ilə toqquşaraq yanmağa başlayıb.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Hörmüz boğazında gəmiçilik ciddi şəkildə məhdudlaşıb. Tehran məhdudiyyətlərin öz şərtləri yerinə yetirilənədək, o cümlədən ABŞ blokadası və sanksiyaları aradan qaldırılanadək qüvvədə qalacağını bəyan edib.
Hörmüz boğazı dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının əsas marşrutlarından biridir.