“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb

Türkiyə Super Liqasının 12-ci turunda lider “Qalatasaray” doğma meydanda “Samsunspor”u 2:1 hesabı ilə məğlub edərək klub tarixində yeni rekorda imza atıb.

Sherg.az xəbər verir ki, İstanbul təmsilçisinin qollarını 4-cü dəqiqədə Lukas Torreyra, 53-cü dəqiqədə isə Yunus Akgün vurub. Qonaqların yeganə qoluna 57-ci dəqiqədə Məhəmməd Bayo imza atıb.

Bu qələbədən sonra xallarını 31-ə çatdıran “Qalatasaray” liderliyini qoruyub. “Samsunspor” isə 7 xalla qalıb.

Qarşılaşmanın nəticəsi ilə “Qalatasaray”ın doğma meydanda məğlubiyyətsizlik seriyası 42 matça yüksəlib. Komanda bu müddətdə 34 qələbə qazanıb, 8 dəfə heç-heçə edib və klub tarixinin ən uzun evdə məğlubiyyətsizlik rekordunu müəyyənləşdirib.

Növbəti turda “Qalatasaray” səfərdə “Beşiktaş”la, “Samsunspor” isə öz meydanında “Gənclərbirliyi” ilə qarşılaşacaq.