Çinin şimal-qərbində yerləşən Çinghay əyalətində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Sherg.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) yerli vaxtla axşam saatlarında episentri Çinghay əyalətinin Hayşi Monqol və Tibet Muxtar Vilayətində yerləşən yeraltı təkanlar barədə məlumat yayıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, hadisə nəticəsində insan tələfatı və dağıntılar qeydə alınmayıb.