Allah uzaq tutsun, amma müharibə bizim işimizdir - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Yəmənə hərbi qüvvə göndəriləcəyi ilə bağlı iddialara münasibət bildirib.

Sherg.az xəbər verir ki, Fidan Türkiyənin hazırda Yəməndə hərbi qüvvə yerləşdirmək barədə qərar qəbul etmədiyini, lakin Səudiyyə Ərəbistanının müdafiəsinə dəstək göstərdiyini deyib.

Nazir bildirib ki, Türkiyənin xaricdə hərbi əməliyyatlarda iştirakı üçün bir sıra hüquqi və texniki prosedurların həyata keçirilməsi, o cümlədən parlamentin qərarı tələb olunur.

“Allah bizi müharibədən uzaq tutsun. Amma müharibə bizim işimizdir. Biz müharibənin nə olduğunu bilən xalqıq”,- deyə Fidan vurğulayıb.

O, həmçinin Türkiyənin regional təhlükəsizlik və müdafiə əməkdaşlığında fəal iştirak etdiyini qeyd edib.